Azərbaycan və Türkiyə parlamentləri arasındakı əlaqələr müzakirə olunub - YENİLƏNİB

Azərbaycan və Türkiyə parlamentləri arasındakı əlaqələr müzakirə olunub - YENİLƏNİB Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Məmmədovla görüşüb.
Xarici siyasət
18 Yanvar , 2024 02:27
Azərbaycan və Türkiyə parlamentləri arasındakı əlaqələr müzakirə olunub - YENİLƏNİB

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşündə iki ölkənin parlamentləri arasındakı əlaqələr müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə R.Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu ziyarət etdik. Görüşdə Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olunub”, - səfir sosial şəbəkə hesabında yazıb.

17.01.2024.21:56

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi məlumat yayıb.

“Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib”, - TBMM-dən bildirilib.

Görüşün təfərrüatı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi