Türkiyə Böyük Millət Məclisi (TBMM) mayın 6-da Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərarla bağlı bəyanat yayıb.
"Report"un xəbərinə görə, bəyanatda deyilir:
"2021-ci il mayın 6-da Latviya parlamentində yalançı soyqırımı böhtanını ehtiva edən qərarın qəbul edilməsini qınayırıq və bu qanunsuz qərarı rədd edirik. Tarixi hadisələr barədə hökm vermək və mühakimə etmək parlamentlərin vəzifəsi ola bilməz. Tarixi həqiqətləri təhrif etməkdən başqa bir məqsədə xidmət etməyəcək bu qərar qanunsuzdur. Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il tarixli qərarlarında açıq şəkildə yazılıb ki, erməni iddiaları hüquqi dəyərə malik deyil, yalnız tarixi mübahisələrin mövzusu ola bilər. Beynəlxalq hüquqa zidd olan bu qərarın sadə gündəlik siyasi hesablaşmalar əsasında qəbul edildiyi aydındır", - bəyanatda vurğulanıb.