Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb

Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir
Xarici siyasət
28 Noyabr , 2017 09:56
Tbilisidə İkinci İpək yolu beynəlxalq konfransı başlayıb
Report

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb.

"Report"un Gürcüstan burosu xəbər verir ki, tədbirdə 50 ölkədən mindən çox numayəndə iştirak edir.

Konfransda Azərbaycanı nəqliiyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər. 

Konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın baş nazirləri, Sloveniyanın baş nazir müavini iştirak edirlər.

Tədbiri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili açaraq, ölkəsinin tarixi İpək yoluna böyuk önəm verdiyini bildirib. O, Gurcüstanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ölkəsinin investisiya imkanları barədə ətraflı məlumat verib.

Konfransda Böyük İpək yolunun inkişafı, reginal təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Tədbirdə, həmçinin, həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq.

Son xəbərlər

Orphus sistemi