Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Tbilisidə GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş görüşdə təşkilat daxilində əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
Görüş KİV üçün qapalı olub.