Tbilisidə "Cənubi Qafqazda təhlükəsizlik Forumu" keçirilir

Tbilisidə "Cənubi Qafqazda təhlükəsizlik Forumu" keçirilir Tbilisi. 16 may. REPORT.AZ/ Bu gün Tbilisidə Cənubi Qafqazda Təhlükəsizlik Forumu başlayıb.
Xarici siyasət
16 May , 2018 10:58
Tbilisidə Cənubi Qafqazda təhlükəsizlik Forumu keçirilir
Report
0 : 00
0 : 00

Tbilisi. 16 may. REPORT.AZ/ Bu gün Tbilisidə "Cənubi Qafqazda Təhlükəsizlik Forumu" başlayıb. 

"Report"un Gürcüstan bürosunun xəbərinə görə, Rondeli Fondu, Slovakiyanın Strateji Siyasət İnstitutu və Fridtix Ebert Fondunun birgə təşkil etdikləri tədbirdə Azərbaycanı ADA Universitetinin əməkdaşları Elnur Sultanov, Anar Vəliyev və bir neçə hüquq-müdafiəçisi təmsil edir. 

Forumda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələr arasında əməkdaşlıq, Cənubi Qafqazda təhlükəsizlik, bu regionda mövcud olan problemlər, o cümlədən Abxaziya və Dağlıq Qarabağ münaqişələri, onların həlli yolları, Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik, enerji ehtiyatlarının təhlükəsizliyin yəmin olunmasındakı rolu, Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlər və digər məsələlər müzakirə olunur.

Konfrans iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi