Yuxarı
    Bağlamaq

    Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçıları arasında görüş keçirilib

    Görüşdə tərəflər iki ölkə arasındakı dostluq münasibətlərini müzakirə edib

    Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri şərçivəsində Tbilisidə gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə görüşüb.

    "Report"a Gürcüstan XİN-ə istinadən xəbər verir ki, görüş Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi toplantısı çərçivəsində baş tutb.

    "Görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb", - nazirliyin məlumatında deyilir.

    Eyni zamanda, nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi