Tbilisidə ATƏT PA-nın illik sessiyası keçiriləcək

Tbilisidə ATƏT PA-nın illik sessiyası keçiriləcək Bu məsələ üzrə memorandum bu gün Gürcüstan parlamentində imzalanıb
Xarici siyasət
27 Yanvar , 2016 17:35
Tbilisidə ATƏT PA-nın illik sessiyası keçiriləcək

Bakı. 27 yanvar. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının illik sessiyası iyulun 1-dən 5-nə kimi Tbilisidə keçiriləcək. 

"Report" ATƏT PA mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ üzrə memorandum bu gün Gürcüstan parlamentində ATƏT PA nümayəndə heyətinin üzvləri ilə görüşün yekunları üzrə imzalanıb.

Gürcüstan parlamentinin sədri David Usupaşvili qeyd edib ki, bu tədbir siyasi səviyyə və miqyasını nəzərə almaqla ölkə üçün misilsizdir. 

ATƏT PA sessiyasının işində 57 ölkədən 700 deputatın iştirakı gözlənilir. 

2014-cü ildə ATƏT PA-nın illik sessiyası Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi