Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Tbilisinin əsas simvollarından olan - televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Xarici siyasət
28 May , 2020 20:40
Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisinin əsas simvollarından olan - televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycanın 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi