Tbilisi meri Bakını gəzib

Tbilisi meri Bakını gəzib Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
Xarici siyasət
14 İyul , 2021 16:07
Tbilisi meri Bakını gəzib
0 : 00
0 : 00

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məluamta görə, paytaxtı gəzən Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayıb.

Mer kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd edib.

O, mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olduğunu bildirib.

Qonaqlar Bakı şəhərinin bir sira görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.

Son xəbərlər

Orphus sistemi