“Tavini Huiraatira” Partiyasının Baş katibi: Azərbaycanın məşvərətinə ehtiyacımız var

“Tavini Huiraatira” Partiyasının Baş katibi: Azərbaycanın məşvərətinə ehtiyacımız var Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Azərbaycandan dekolonizasiya prosesində yardım istədiyini bildirib.
Xarici siyasət
30 May , 2024 15:20
“Tavini Huiraatira” Partiyasının Baş katibi: Azərbaycanın məşvərətinə ehtiyacımız var

Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Azərbaycandan dekolonizasiya prosesində yardım istədiklərini bildirib.

“Report”un məlumatına görə, parlamentdə mayın 30-da keçirilən "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxış edən Baş katib qeyd edib ki, Azərbaycana kömək çağırışı üçün gəliblər və onların məşvərətə ehtiyacları var.

“Biz siyasi baxımdan gənc xalqıq və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Ədalətin öz yerini tapması üçün yanımızda olacağınıza inanırıq”, - Baş katib bildirib.

Son xəbərlər

Orphus sistemi