"Tarixən millətlərimiz çox yaxın olub. Əcdadlarımızın ənənələrini davam etdiririk".
Bunu "Report"un Rusiya bürosuna Tatarstan Respublikasının başçısı Rüstəm Minnixanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
"Tez-tez Azərbaycanda oluram, ölkənin necə dəyişdiyini görürəm. Bu yaxınlarda Bakıda Avropa Liqasının finalında olmuşam. Gözəl şəhər, qonaqpərvər insanlar, dadlı yeməklər", - R.Minnikhanov bildirib.
Onun sözlərinə görə, respublikalar arasında çox sıx, dostluq əlaqələri yaranıb: "Biz çox ünsiyyət qururuq, bir-birimizdən çox şey öyrənirik. Prezident
İqbal Rüstəmov