Tarixçi alim: "Azərbaycanı tənqid edənləri bu ölkənin son illər əldə etdiyi nailiyyətlərə nəzər salmağa çağırıram"

Tarixçi alim: "Azərbaycanı tənqid edənləri bu ölkənin son illər əldə etdiyi nailiyyətlərə nəzər salmağa çağırıram" "Demokratiya mövzusunda digər ölkələrə dərs verə biləcək bir dövlət tanımıram"
Xarici siyasət
29 Oktyabr , 2017 14:27
Tarixçi alim: Azərbaycanı tənqid edənləri bu ölkənin son illər əldə etdiyi nailiyyətlərə nəzər salmağa çağırıram

Paris. 29 oktyabr. REPORT.AZ/ "Azərbaycanı tənqid edənləri bu ölkənin son illər əldə etdiyi nailiyyətlərə nəzər salmağa dəvət edirəm. Azərbaycanın demokratiya, insan haqları sahəsində qısa zamanda əldə etdiyi uğurlar çox böyükdür və tərifəlayiqdir. Biz ancaq ölkənizi bu misli görünməmiş inkişafa görə alqışlaya bilərik".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Fransanın tanınmış tarixçi alimi Kərim İfrak deyib.

O bildirib ki, Azərbaycan insan hüquqlarını digər sahələrlə yanaşı inkişaf etdirir:

"Azərbaycanda müxtəlif dinlərə məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan insan haqlarını digər sahələrlə yanaşı inkişaf etdirir və çox əhəmiyyətli nailiyyətlər əldə edib. Azərbaycan ölüm hökmünü 20 il öncə ləğv edib. Bu, demokratiyanın əsas atributlarındandır. Bundan əlavə, Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 il yaşı var. Halbuki, Fransada bu hüquq qadınlara II Dünya müharibəsinin bitməsindən sonra verilib".

Tarixçi alım ölkələrin demokratik sistemlərinin müqayisəyə gəlmədiyini bildirib:

"Biz ölkələrin demokratik sistemlərini müqayisə edə bilmərik. Hər ölkə demokratik dəyərlərini öz mədəniyyətinə, mənəvi dəyərlərinə müvafiq şəkildə inkişaf etdirir. Bu yolda tam azaddır. Bu mövzuda digər ölkələrə dərs verə biləcək bir dövlət tanımıram. Lakin özünü demokratik dövlət adlandıran ölkələrin tarixinə nəzər salanda görürük ki, Azərbaycan digər ölkələr ilə müqayisədə bu sahədə nailiyyətlərə çox qısa bir zamanda müvəffəq olub".

Vüsalə İsmətqızı

Son xəbərlər

Orphus sistemi