Almaniyalı tarixçi: 1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub

Almaniyalı tarixçi: 1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarix
Xarici siyasət
5 Dekabr , 2024 10:54
Almaniyalı tarixçi: 1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub
Mixael Raynhard Hess

1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub.

“Report” xəbər verir ki, bunu Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess (Michael Reinhard Hess) Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyada deyib.

Onun sözlərinə görə, tarix göstərir ki, müəyyən dövrlərdə minlərlə azərbaycanlı qanunsuz şəkildə öz yurdlarından qovulub. Ermənistanın qeyri-rəsmi və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Onlar sovet təsisatlarından öz məqsədləri üçün istifadə ediblər. I Pyotr Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilmiş ərazilərində ermənilərin yerləşdirilməsi ilə bağlı qərar vermişdi və tarixboyu proses davam etdi.

1905-ci ildən ermənilər özləri yaratdıqları metodları mərhələli şəkildə istifadə ediblər. Tarixçi olaraq bildirməliyəm ki, təkcə 1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub. Rəqəmlərdə müəyyən kiçik fərqlər ola bilər, çünki mənbələrdə rəqəmlər fərqli əks olunub. Bunlar onu deməyə əsas verir ki, azərbaycanlılara qarşı 20-ci əsrdə ciddi şəkildə zorakılıq tətbiq olunub. Ermənilər Ermənistan ərazisində demoqrafik balansı sovet gücündən istifadə edərək öz xeyirlərinə dəyişiblər. Tarixi unutmamalıyıq”.

Riffat İnam Butt
Riffat İnam Butt

Paneldə çıxış edən Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt ilk olaraq beynəlxalq hüququn özü ilə real dəyişiklik gətirməli olmasından söz açıb:

“İnsanların kimliyinin, tarixinin, mədəniyyətinin məhv edilməsinə reaksiya göstərilməlidir. Repatriasiya proqramları yaradılmalıdır ki, bunun əsasında dayanıqlı qayıdış prosesi həyata keçirilsin. Bununla yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinə daha çox dəstək göstərilməlidir. Çünki mədəni abidələrin qorunub-saxlanmasında onlar həmişə böyük rol oynayıblar. Azərbaycan beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan təkliflərlə çıxış edir və dayanıqlı sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır”.

Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya qeyd edib ki, Osmanlı Türkiyəsində yaradılması niyyəti uğursuzluğa düçar olan Ermənistan Cənubi Qafqazda uğurla dövlət kimi təsis edilib:

“Bu ölkə Gürcüstan və Azərbaycanın tarixi bölgələrindən yaradılıb. Lori bölgəsində gürcü əhalisi faktiki olaraq məhv edilmiş və ya qovulmuşdur. Eləcə də azərbaycanlılar tarixi Azərbaycan ərazisindən qovulub və yerlərinə ermənilər yerləşdirilib”.

Quram Marxuliya
Quram Marxuliya

ABŞ-nin Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov isə Ermənistanın emosional qərarlar qəbul etdiyini və Ermənistan hökumətinin bu səbəblə ciddi problemlərlə üzləşdiyini vurğulayıb.

“Ermənistan hökuməti sərbəst qərar qəbul edə bilmir. Çünki erməni diasporunun qərarlara ciddi təsiri var. Qafqazın çox mürəkkəb tarixi var, burada ciddi münaqişələr baş verib və 30 il əvvəl münaqişənin yeni mərhələsi başlayıb. Bu gün onlar regional əlaqələr barədə, Ermənistanı nəqliyyat qovşağına çevirmək barədə danışırlar, bəs bunu necə edəcəklər? Bunun üçün Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurulmalıdır. Amma bu istiqamətdə əsaslı addımlar atılmır.

 Əli Əsgərov
Əli Əsgərov

Şayiə yayılır ki, guya azərbaycanlılar Ermənistanı könüllü şəkildə tərk edib, ancaq reallıq budur ki, onlar qovulublar və geriqayıdışları təmin edilməlidir. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası mövcuddur, normal əlaqələrin qurulması üçün bu, mütləq şəkildə dəyişdirilməlidir. Ermənistan bütün region üçün problem yaradır. Ermənistan inkişaf üçün Azərbaycanla qalıcı sülh imzalamalı və sonra da Türkiyə ilə əlaqələri normallaşdırmalıdır”, - Ə.Əsgərov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi