"Azərbaycan Prezidenti İlham Əliyev çox məlumatlı bir insandır".
Bu fikirləri “Report”a Ukraynanın "Kiyev-Mohıla Akademiyası" Milli Universitetinin professoru Taras Kuzio Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində "Cənubi Qafqaza Yeni Baxış: Münaqişədən sonrakı dövrdə inkişaf və əməkdaşlıq" adlı konfransındakı çıxışını şərh edərkən bildirib.
“O, bir sıra aktual mövzularda çox dürüst idi. Daha çox vacib və maraqlı olan isə onun çox məlumatlı bir insan olmasıdır. Bunu bütün dövlət başçıları haqqında demək olmaz. Ona bir çox müxtəlif mövzular üzrə suallar verildi və o, hamısına cavab verdi. Onun nə etməli olduğuna, Azərbaycanın sülh prosesini hansı tərəfə istiqamətləndirmək istədiyinə dair aydın konsepsiyası var”, - T.Kuzio deyib.
“Erməni tərəfdən isə nə gördük? Heç bir məsuliyyətləri yoxdur. İndi isə yalnız münaqişə sonrası travma və depressiyaları qalıb. Reallığa alışmaları üçün onların zamana ehtiyacı var, çünki müharibədən əvvəlki dövrə qayıtmaq mümkün deyil”, - o deyib.