"Azad edilmiş ərazilərdə yenidənqurma işləri uğurla aparılır".
Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan tailandlı səyyah Nukpida Çanlenqlert deyib.
O, dünyanın 173 ölkəsinə səfər etdiyini xatırladıb: "Bu gün isə Qarabağdayam. Qarabağ çox möhtəşəmdir. Bura səyahət etdiyim üçün çox məmnunam və bundan həzz alıram. Şuşadakı tarixi abidələr çox xoşuma gəldi və həmin abidələr bu yerlərin qədim tarixi olduğunun sübutudur”.
N.Çanlenqlert bildirib ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə yenidənqurma işlərini çox uğurla aparır: “Əsasən də yeni çəkilmiş “Zəfər” yolu bunun bariz nümunəsidir. Mən Qarabağın təbiətini İsveçrənin təbiətinə bənzətdim. Hansı ki, orada da buradakılara oxşar dağlar, meşələr var”.