Tailand Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Tailand Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
26 May , 2024 15:26
Tailand Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi