Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Azərbaycanda hələ də erməni hərbçilərin saxlanıldığı barədə çıxışına münasibət bildirib.
"Report"un xəbərinə görə, AVRONEST Parlament Assambleyasının nümayəndələri ilə Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyan arasında keçirilən görüşdə iştirak edən deputat Tahir Mirkişili çıxış edərək Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, belə bir ərazi vahidinin Azərbaycanda olmadığını qeyd edərək daha çox sərhədlərin müəyyyən olunmasına, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına diqqət yetirməyin vacibliyini xatırladıb.
O, eyni zamanda regionda bütün dağıntıların və faciələrin Azərbaycan ərazisində olduğunu, azad edilmiş ərazilərdə 900-dən çox şəhər və kəndin, o cümlədən öz evinin yerlə-yeksan olunduğunu qeyd edərək, Azərbaycanın hər zaman bütün xalqların mədəni irsinə hörmətlə yanaşdığını qeyd edib, Azərbaycanda saxlanılan şəxslərin əsir deyil, məhkəmə qərarı ilə günahı sübut olunmuş cinayətkarlar olduğunu da diqqətə çatdırıb.