TADDEF Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib

TADDEF Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib.
Xarici siyasət
27 Yanvar , 2023 18:18
TADDEF Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

TADDEF-in rəhbəri Seyfəddin Ayakyayın adından yayılmış bəyanatda deyilir ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən namərd hücum Azərbaycan dövlətinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilməlidir.

“Tarixi Azərbaycan torpaqlarında hökmranlıq edən, 40 milyonluq Azərbaycan türkünü məhrumiyyət içində saxlayan, lakin Ermənistana qarşı qardaşlıq siyasəti yürüdən rejim Kəbə bütləri kimi dağılmağa məhkumdur”, - TADDEF-in rəhbəri qeyd edib.

Qeyd edilib ki, Azərbaycanın 44 günlük savaşdan qalib çıxmasını özəlliklə tarixi Azərbaycan torpaqlarında dövlət quranlar həzm edə bilmir və ölkəmizə qarşı hücumlar təşkil edirlər.

“Azərbaycanın Fransadakı səfirliyinə hücumdan sonra Tehranda törədilən çirkin hücum İranda Güney Azərbaycanın dirçəlişinin boğulmasına hesablanmış addım kimi qiymətləndirilir. Azərbaycan və Türkiyənin xarici ölkələrdəki səfirliklərinə çirkin hücumu həyata keçirən “İLAN” axırda onu bəsləyənləri zəhərləyəcək. Günəşi palçıqla örtmək olmaz. Azərbaycan gücləndikcə Türk Dövlətləri Təşkilatı dəmir yumruğunu masaya vuraraq ortaq haqq və mənafelərini müdafiə edəcək”, - Seyfəddin Ayakyay bildirilib.

Son xəbərlər

Orphus sistemi