Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
“Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bayrağı azad Şuşada dalğalanacaq”, - o bildirib.
We are flying to Fuzuli airport with the plane entitled Khankandi to visit Shusha with the UN family accredited in Azerbaijan. 30th anniversary of Azerbaijan's admission to @UN will be celebrated in #Shusha with #UN institutions. Flag of UN will be waved in liberated Shusha! pic.twitter.com/sDSnMwSlQX