Sudanın müvəqqəti işlər vəkili: “Müsəlmanlar islamofobiyaya qarşı mübarizə aparmalıdırlar”

Sudanın müvəqqəti işlər vəkili: “Müsəlmanlar islamofobiyaya qarşı mübarizə aparmalıdırlar” “Müsəlmanlar islamofobiyaya qarşı mübarizə aparmaq üçün səylərini birləşdirməlidirlər”.
Xarici siyasət
15 Mart , 2023 17:42
Sudanın müvəqqəti işlər vəkili: “Müsəlmanlar islamofobiyaya qarşı mübarizə aparmalıdırlar”

“Müsəlmanlar islamofobiyaya qarşı mübarizə aparmaq üçün səylərini birləşdirməlidirlər”.

Bunu “Report”a açıqlamasında Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim bildirib.

“Doğrudur, islamofobiya qlobal problemə çevrilib. Bu gün 32 ölkədən alimlərin, beynəlxalq ekspertlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsil olunduğu konfransda iştirak etdiyimə görə şadam”, - o deyib.

Mustafa Abdel Halim vurğulayıb ki, beynəlxalq ictimaiyyət sülh və bütün dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması naminə islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır.

Son xəbərlər

Orphus sistemi