​Strasburqda AŞPA-nın yay sessiyası işinə başlayır

​Strasburqda AŞPA-nın yay sessiyası işinə başlayır Sessiya çərçivəsində Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələr aparılacaq
Xarici siyasət
22 İyun , 2015 09:57
​Strasburqda AŞPA-nın yay sessiyası işinə başlayır

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır. "Report"un AŞPA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.

İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.

İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir.

Sessiya işini iyunun 26-da başa çatdıracaq.

Son xəbərlər

Orphus sistemi