Stoltenberq: Azərbaycanın Ukraynaya vacib humanitar yardımını alqışlayıram

Stoltenberq: Azərbaycanın Ukraynaya vacib humanitar yardımını alqışlayıram NATO müttəfiqi Ukraynaya qarşı davam etdirilən müharibədən son dərəcə narahatdır
Xarici siyasət
17 Mart , 2024 21:01
Stoltenberq: Azərbaycanın Ukraynaya vacib humanitar yardımını alqışlayıram

Ukrayna Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir.

"Report"un məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır", - o deyib.

Son xəbərlər

Orphus sistemi