Yuxarı

Prezident İlham Əliyev “Soros Fondu”nun təsisçisi və İsrailin sabiq dövlət başçısı ilə görüşüb

Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Soros Fondu”nun təsisçisi Corc Soros ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi