Son 13 ildə ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Son 13 ildə ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb Azərbaycanlılar daha çox ölkənin Kaliforniya ştatında yaşayırlar
Xarici siyasət
15 dekabr 2017 07:04
Son 13 ildə ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Son 13 ildə 11882 azərbaycanlı naturalizasiya qaydasında ABŞ vətəndaşlığı alıb.

"Report" xəbər verir ki, onlardan 4959-u kişi, 6916-ı isə qadındır.

Yeddi nəfər isə rəsmi məlumatlarda hansı cinsə mənsub olduqlarını qeyd etməyiblər.  

Həmçinin ABŞ-da azərbaycanlıların ən çox yaşadıqları ştatın adı açıqlanıb. Bu ölkənin Kaliforniya ştatıdır.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəsmi hesabatına əsasən, 2003-2016-cı illərdə ABŞ passportunu əldə edərkən 3954 azərbaycanlı daimi yaşayış ünvanı kimi sənədlərdə bu ştatı göstərib. İkinci yerdə Nyu- York ştatı (3331) və Missuri (1762) gəlir. 

Vüsal Əzizov 

Son xəbərlər

Orphus sistemi