Slovakiya XİN-in rəhbəri: "Azərbaycan regionda vacib tərəfdaşıdır"

Slovakiya XİN-in rəhbəri: "Azərbaycan regionda vacib tərəfdaşıdır" Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Xarici siyasət
19 Oktyabr , 2021 14:00
Slovakiya XİN-in rəhbəri: Azərbaycan regionda vacib tərəfdaşıdır
İvan Korçok

"Slovakiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib".

“Report” xəbər verir ki, bunu Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

“Bizim üçün ən vacib məsələ ərazi bütövlüyü prinsipinə riayət olunmasıdır. Azərbaycan və Ermənistan bu prinsipə riayət etməlidir. Bu, çox vacibdir”, - XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Azərbaycan bizim üçün regionda vacib tərəfdaşdır: "Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf potensialı çox yüksəkdir".

Son xəbərlər

Orphus sistemi