Slovakiya ATƏT-ə sədrlik dövründə regionda həlli uzanan münaqişələrin nizamlanmasına dəstək verəcək

Slovakiya ATƏT-ə sədrlik dövründə regionda həlli uzanan münaqişələrin nizamlanmasına dəstək verəcək Bakı. 19 iyul. REPORT.AZ/ ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatlarını dəstəkləməyə çalışacağıq.
Xarici siyasət
388
19 İyul , 2018 12:36
Slovakiya ATƏT-ə sədrlik dövründə regionda həlli uzanan münaqişələrin nizamlanmasına dəstək verəcək
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ "ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatlarını dəstəkləməyə çalışacağıq".

"Report" xəbər verir ki, bunu Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Lukaş Parizek Vyanada Daimi Şuranın iclasında Slovakiyanın 2019-cu ildə ATƏT-ə sədrliyinin prioritetlərini təqdim edərkən deyib.

"Siyasi həllə aparan dialoq - bizə məhz bu lazımdır və bunu dəstəkləyəcəyik", - L.Parizek bildirib.

Slovakiya XİN başçısı həmçinin ölkəsinin ATƏT-ə sədrliyinin daha bir prioritetinin təşkilat məkanında münaqişələrin qarşısının alınmasına yardım göstərməkdən ibarət olacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi