Siyasi ekspert: "Qafqaz evi bölgədə sülh üçün vacib modeldir"

Siyasi ekspert: "Qafqaz evi bölgədə sülh üçün vacib modeldir" "Bu gün Qafqaz evi bölgədə sülh üçün vacib olan modeldir".
Xarici siyasət
28 Sentyabr , 2022 11:52
Siyasi ekspert: Qafqaz evi bölgədə sülh üçün vacib modeldir
Araz Aslanlı

"Bu gün Qafqaz evi bölgədə sülh üçün vacib olan modeldir".

"Report" xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı Azərbaycan Beyin Mərkəzlərinin l Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qafqazın gələcəyi üçün siyasətçilərin, hərbçilərin və beyin mərkəzlərinin görəcəyi işlər fərqlidir: "Qafqazdakı sülh üçün ən azı buradakı üç ölkə birgə işləməlidir. Hətta yaxşı olar ki, ən azı üç qonşu ölkə də prosesə qoşulsun".

A. Aslanlı bildirib ki, Qərbdəki beyin mərkəzlərini da prosesə daxil etmək olar: "Müharibədən sonra Qafqazda sülh quruculuğu prosesində bu dövlətlərin birgə platformasını yaratmaq olar. Azərbaycan dövləti daxildəki beyin mərkəzlərinə belə bir model hazırlamaq üçün sifarişlərlər verə bilər. Sonra bu prosesi genişləndirmək mümkündür".

Son xəbərlər

Orphus sistemi