Simon Mordu: “Azərbaycan Qafqazda Avropa İttifaqının mühüm tərəfdaşıdır”
- 15 noyabr, 2023
- 17:34
“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır”.
"Report" xəbər verir ki, bunu Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra özünün “X” səhifəsində yazıb.
"Aİ dinc və çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə davam edəcək", - paylaşımda deyilir.
Discussed with @HikmetHajiyev EU-AZ relations. Stressed that AZ is an important partner for the EU in the Caucasus. The EU will continue to support the ARM-AZE normalisation process to advance a peaceful and prosperous South Caucasus. @ToivoKlaar pic.twitter.com/oJWIGorX44
— Simon Mordue (@EuMordue) November 15, 2023