Şimali Koreya XİN başçısı: "Ərazi bütövlüyü və suverenlik məsələsinə beynəlxalq arenada tamamilə biganə yanaşılır"

Şimali Koreya XİN başçısı: "Ərazi bütövlüyü və suverenlik məsələsinə beynəlxalq arenada tamamilə biganə yanaşılır" "BMT dünya güclərinin sifarişlərini yerinə yetirən supermaşına çevrilib"
Xarici siyasət
5 Aprel , 2018 15:53
Şimali Koreya XİN başçısı: Ərazi bütövlüyü və suverenlik məsələsinə beynəlxalq arenada tamamilə biganə yanaşılır
Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ "Ərazi bütövlüyü və suverenlik məsələsinə beynəlxalq arenada tamamilə biganə yanaşılır".

"Report" xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Suriyada, İraqda dünya gücləri başqa dövlətlərin daxili işlərinə müdaxilə edərək insanların hüquqlarını pozurlar: "BMT dünya güclərinin sifarişlərini yerinə yetirən supermaşına çevrilib. Kiçik dövlətlər hüquqlarını qoruya bilmirlər. Qoşulmama Hərəkatına üzv ölkələr qlobal problemlərin həlli üçün güclərini birləşdirməlidir. Dünya gücləri isə hərəkətlərinə görə məsuliyyətlərini anlamalıdırlar".

Onun sözlərinə görə, Şimali Koreya və Cənubi Koreya rəhbərliyinin atdığı addımlar nəticəsində hazırda Koreya yarımadasında yenidən birləşmə ab-havası yaranıb: "Səyləri birləşdirməklə ölkələr arasındakı münasibətlərdə irəliləyişə nail olmaq və yeni dövr açmaq və bütün insanlar üçün rifaha nail olmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi