Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək

Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.
Xarici siyasət
11 aprel 2025 14:58
Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək
Ersin Tatar

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. 

E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib. 

“Azərbaycanla milli dəyərlərimizi, könül bağlarımızı, hər cür mədəni zənginliyimizi bölüşmək istəyirik. Şimali Kipr hökuməti olaraq “Bir millət, üç dövlət” anlayışına sahibik. Bu anlayış çərçivəsində aramızdakı iqtisadi, ticari, turizm sahələrində güclü əlaqələr var. Azərbaycanlı deputatların Şimali Kiprə gəlməsi, bizim məclis üzvlərimizin Azərbaycana səfəri çox önəmlidir”,- o əlavə edib.

Son xəbərlər

Orphus sistemi