Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib Azərbaycanın Koreyadakı səfirliyi Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreyanın “FarmConnect” şirkəti ilə birlikdə Seul şəhərind' Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş simpozium təşkil edib.
Xarici siyasət
26 Fevral , 2024 13:16
Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreya şirkəti ilə birlikdə Seul şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş simpozium təşkil edib.

Bu barədə "Report"a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Koreyaya akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib.

Yonqsan bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu, Hanyanq Universitetinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövründən bəhs ediblər.

Simpozium çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi