Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Xarici siyasət
25 May , 2024 10:51
Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

"Report"un məlumatına görə, təbriklərdə deyilr:

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".

Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk".

Son xəbərlər

Orphus sistemi