Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir

Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat, enerji və bir çox digər layihələrin inkişafını təmin edir.
Xarici siyasət
27 Avqust , 2024 11:20
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir

Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat, enerji və bir çox digər layihələrin inkişafını təmin edir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Bakıda keçirilən "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri" adlı tədbirdə deyib.

“Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Şübhəsiz ki, iki ölkənin (Azərbaycan və Özbəkistanın) yaxınlaşması həm Mərkəzi Asiya regionu, həm də Qafqaz üçün faydalı olacaq”, - o bildirib.

Ş.Fayziyev Azərbaycanın son illər bütün Mərkəzi Asiya dövlətləri, o cümlədən Əfqanıstan və bu regiona qonşu olan digər ölkələrlə əlaqələri inkişaf etdirdiyini məmnunluqla vurğulayıb.

"30 illik əməkdaşlığımız ərzində ticarət səviyyəsi, investisiyaların həcmi və bir çox digər sahələrdə nəzərəçarpacaq artım olub", - o əlavə edib.

Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi