Sergey Şoyqu: "MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında 20-dən çox məsələyə baxılıb"

Sergey Şoyqu: "MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında 20-dən çox məsələyə baxılıb" Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasında qəbul edilən qərarlar ayrı-ayrılıqda ölkələrin silahlı qüvvələrinin, eləcə də ümumi təhlükəsizliyin gücləndirilməsinə istiqamətlənib.
Xarici siyasət
30 Oktyabr , 2019 13:28
Sergey Şoyqu: MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında 20-dən çox məsələyə baxılıb
Report / Firi Saim

"Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasında qəbul edilən qərarlar ayrı-ayrılıqda ölkələrin silahlı qüvvələrinin, eləcə də ümumi təhlükəsizliyin gücləndirilməsinə istiqamətlənib".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində 20-dən çox praktik məsələyə baxılıb.

"2025-ci ilədək əməkdaşlığın inkişafı Konsepsiyası MDB ölkələri üçün hərbi tərəfdaşlıq perspektivlərini müəyyən edən proqram sənədidir və o, açıq xarakterlidir və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib", - Rusiyanın müdafiə naziri bildirib.

Son xəbərlər

Orphus sistemi