Sergey Qolovatıy: "Azərbaycanla əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir"

Sergey Qolovatıy: "Azərbaycanla əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir" Azərbaycan Konstitusiya məhkəməsi ilə əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir. Çünki hər bir ölkənin öz Konstitusiyası var və o, məhz onu müdafiə edir.
Xarici siyasət
22 fevral 2022 06:45
Sergey Qolovatıy: Azərbaycanla əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir

"Azərbaycan Konstitusiya məhkəməsi ilə əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir. Çünki hər bir ölkənin öz Konstitusiyası var və o, məhz onu müdafiə edir".

Bunu “Report”a müsahibəsində Ukrayna Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Sergey Qolovatıy bildirib.

Onun sözlərinə görə, Konstitusiya məhkəmələri nadir hallarda ikitərəfli əsasda işləyir: “Onlar adətən informasiya mübadiləsi edirlər və daha çox regional əməkdaşlıq çərçivəsində kontaktlar reallaşır. Məsələn, Avpora Konstitusiya Məhkəmələri Konfransının iştirakçısıyıq. Bu konfrans çərçivəsində məlumat, təcrübə, fikir mübadiləsi həyata keçirilir. Hansısa məsələ ilə bağlı müəyyən qərar qəbul etmək lazım gələrkən başqa ölkələrin təcrübəsinə baxmaq, zəruri hallarda onları mənimsəmək normal haldır”.

Azərbaycan Konstitusiya Məhkəməsi ilə hələ 1999-cu ildən əməkdaşlıq etməyə başladıqlarını deyən Qolovatıy vurğulayıb ki, hər iki ölkədə müntəzəm görüşlər olub:

“Məsələn, 2010-cu ildə Ukrayna Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Azərbaycan Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunan tədbirdə iştirak edib. O, əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Konstitusiya Məhkəməsinə Ukrayna Konstitusiya Məhkəməsinin Fəxri Fərmanını təqdim edib. 2015-ci ildə isə Azərbaycan Konstitusiya Məhkəməsi Batumidə keçirilən Avpora Konstitusiya Məhkəmələri Konfransında Ukraynanın təşəbbüsü olan ölkələrin ərazi bütövlüyünün qorunmasının Konstitusiya məhkəmələri çərçivəsində təsdiqində Ukrayna Konstitusiya Məhkəməsini dəstəkləyib”, - Sergey Qolovatıy deyib.

Ukrayna Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Sergey Qolovatıy ilə geniş müsahibəni buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi