Sergey Lavrov: "Xəzər beşliyi çərçivəsində dialoqun inkişafından məmnunuq"

Sergey Lavrov: "Xəzər beşliyi çərçivəsində dialoqun inkişafından məmnunuq" Rusiyanın XİN başçısı Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasını açıb
Xarici siyasət
5 Dekabr , 2017 11:27
Sergey Lavrov: Xəzər beşliyi çərçivəsində dialoqun inkişafından məmnunuq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim

Moskva. 5 dekabr. REPORT.AZ/ "Xəzər beşliyi çərçivəsində dialoqun inkişafından məmnunuq".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasını açarkən deyib.

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə ekspertlər səviyyəsində məsələnin necə irəlilədiyini görmək istərdik. Biz danışıqların nəticələrinin Qazaxıstanda keçiriləcək V Xəzər sammitində əks olunacağına ümid edirik. Xəzər beşliyi əməkdaşlığın daha yüksək səviyyəsinə yüksəlməyə imkan verən etibarlı hüquqi əsas əldə edəcək", - S.Lavrov bildirib.

"Biz müdafiə, hüquq-mühafizə orqanları, xilasetmə xidmətləri xətti üzrə dialoqa böyük əhəmiyyət veririk, təbiəti mühafizə fəaliyyətinin səmərəliliyinin artırılmasına ümid edirik", - Rusiya XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi