Sergey Lavrov: “MDB koronavirus pandemiyasına operativ reaksiya verir”

Sergey Lavrov: “MDB koronavirus pandemiyasına operativ reaksiya verir” “Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ümumilikdə koronavirus pandemiyası ilə bağlı dəyişən vəziyyətə operativ reaksiya verir, pandemiyaya qarşı razılaşdırılmış addımlar atır”.
Xarici siyasət
12 May , 2020 18:09
Sergey Lavrov: “MDB koronavirus pandemiyasına operativ reaksiya verir”

“Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ümumilikdə koronavirus pandemiyası ilə bağlı dəyişən vəziyyətə operativ reaksiya verir, pandemiyaya qarşı razılaşdırılmış addımlar atır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatındakı iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl yaradılan və heç də mövcud koronavirus infeksiyası ilə əlaqəli olmayan ərazilərin yoluxucu xəstəliklərdən sanitar mühafizəsi üzrə Koordinasiya Şurası fəal işləyir: “Bu profilli Şura mart və aprel aylarında iclaslar keçirib və mayda yeni iclas keçirəcək. Mövcud vəziyyəti monitorinq etmək üçün Şuranın nəzdində işçi qrupu yaradılıb”.

“Bu gün bu mexanizmlərin təkmilləşdirilməsi və yoluxucu xəstəliklərin profilaktikası və onlara nəzarət sahəsində Birliyin normativ-hüquqi bazasının möhkəmləndirilməsi üzərində işlərin davam etdirilməsi barədə razılığa gəldik. Bununla əlaqədar İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) tərəfindən təklif olunan MDB ölkələrinin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və sanitar-epidemioloji xarakterli ictimai sağlamlıq sahəsində fövqəladə halların qarşısının alınması və onlara cavab tədbirləri üzrə iki saziş layihəsinin hazırlanmasını sürətləndirmək barədə razılığa gəldik”, - nazir vurğulayıb.

S.Lavrov MDB-yə üzv ölkələrin hökumət başçılarının mayın 29-da keçiriləcək iclasda koronavirus infeksiyası və onun nəticələrinin aradan qaldırılması məsələsini müzakirə edəcəyini sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi