Serbiyanın xarici işlər naziri Azərbaycana gələcək

Serbiyanın xarici işlər naziri Azərbaycana gələcək İkitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim
Xarici siyasət
26 May , 2021 16:34
Serbiyanın xarici işlər naziri Azərbaycana gələcək
Nikola Selakoviç

"İkitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim".

"Report"un xəbərinə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd edib.

"Bu səbəbdən Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Azərbaycan Respublikasına qarşıdakı səfəri zamanı keçiriləcək Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclasını səbirsizliklə gözləyirik", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi