Qlobal Bakı Forumunda hər il çox mühüm mövzular müzakirə olunur.
“Report” xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç XI Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
“Bu il biz qlobal problemləri müzakirə edəcəyik və onların həlli yollarını tapmağa çalışacağıq. Bu gün xüsusilə Qəzza zolağında, Ukraynada və Yəməndə baş verən ciddi və qanlı münaqişələr dünya nizamını sarsıda bilər”, - o vurğulayıb.
B.Tadiç həmçinin gələn il dünyada yeni münaqişə ocaqlarının yaranmayacağına ümid etdiyini bildirib.