Bakı. 17 dekabr. REPORT.AZ/ Senat ABŞ-ın Azərbaycan və Ermənistandakı səfir namizədlərini təsdiq edib. "Report" ABŞ Senatının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 16-da Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə, Riçard Mills isə - ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təsdiq ediliblər.
İyulun əvvəlində Ağ ev Robert F.Sekutanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin etmək niyyəti haqqında açıqlayıb. O, bu vəzifədə səlahiyyət müddəti bu ilin yayında bitmiş və Azərbaycanı tərk etmiş Riçard Morninqstarı əvəz edəcək.