Səməd Seyidov: "Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb"

Səməd Seyidov: "Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb" "Türkiyə heç bir dövlətin torpaqlarını işğal etmək niyyətində olmadığını bəyan edib"
Xarici siyasət
24 Yanvar , 2018 20:40

Strasburq. 24 yanvar. REPORT.AZ/ "Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb". 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləm üçün təhlükəli olan terrorçu qruplaşmalara qarşı mübarizə aparır: "Əgər hansısa dövlət insanların rahat yaşaya bilməsi naminə çalışırsa, biz bunu işğal deyil, antiterror əməliyyatı adlandırmalıyıq. Türkiyə beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etməyə cəhd göstərib və heç bir dövlətin torpaqlarını işğal etmək niyyətində olmadığını bəyan edib. Bu gün biz Türkiyənin insanların təhlükəsizliyi naminə terrorçu təşkilatlara qarşı mübarizə sahəsində göstərdiyi səylərini dəstəkləməliyik". 

S.Seyidov bildirib ki, yalnız Türkiyə deyil, dünyanın bir sıra ölkələri terrorizmdən əziyyət çəkir: "Terrorizm bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan da öz torpaqlarının bir hissəsini qonşu dövlətin təcavüzkar siyasəti nəticəsində itirib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Son xəbərlər

Orphus sistemi