Almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli davranırdı. İndi isə belə demək mümkünsə, maskalar yırtılıb və mövqeyini gizlədə bilmir.
Bu fikirləri "Report"a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açıqlamasında deyib.
O bildirib ki, Şvabe bu hərəkətləri siyasi terrorçuluqdur: "Adı çəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdalayır. İkincisi isə o, özünün təmsil olunduğu Avropa Şurasının tələblərinə zidd davranır. Əgər mən Avropa Şurasının sədri olsa idim, həmin adamı ciddi şəkildə qınayardım".
Parlamentari qeyd edib ki, siyasətçinin səsləndirdiyi fikirlər əsassız olmaqla yanaşı, eləcə də Azərbaycana qarşı kampaniyanın tərkib hissəsidir: "Bu, eyni zamanda Azərbaycanafob, İslamofob və türkəfob ritorikanın təzahürüdür".
Qeyd edək ki, F.Şvabe özünün "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.
Kənan Novruzov
18:33
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur.
"Report"un xəbərin görə, bunu Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov rəsmi "X" hesabındakı paylaşımında deyib.
S.Seyidovun sözlərinə görə, Şvabe əsl üzünü açıb: "O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur".
Aysel Aslanqızı
Schwabe has revealed his true face. He's a mercenary politician, bringing shame upon himself, his country, and the Council of Europe. He's a political terrorist, illegally seizing power in PACE and destroying not only this organization but also the European integration idea.