Səməd Seyidov: “Kanada nümayəndə heyəti ilə Ermənistanla aparılan danışıqları müzakirə etdik”

Səməd Seyidov: “Kanada nümayəndə heyəti ilə Ermənistanla aparılan danışıqları müzakirə etdik” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti Kanada nümayəndələri ilə Ermənistanla münasibətlərin normallaşması prosesini və iki ölkə arasında sülh danışıqlarının gedişini müzakirə
Xarici siyasət
22 İyun , 2023 17:38
Səməd Seyidov: “Kanada nümayəndə heyəti ilə Ermənistanla aparılan danışıqları müzakirə etdik”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti Kanada nümayəndələri ilə Ermənistanla münasibətlərin normallaşması prosesini və iki ölkə arasında sülh danışıqlarının gedişini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

"AŞPA-da Kanada nümayəndə heyəti ilə maraqlı və məhsuldar görüşümüz oldu. Görüş zamanı regionda üzləşdiyimiz problemləri, həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə etdik", - o yazıb.

Son xəbərlər

Orphus sistemi