Səməd Seyidov: "Ermənistanla sülh Azərbaycanın rəsmi qəbul olunmuş sərhədlərinə hörmət şərtilə mümkündür"

Səməd Seyidov: "Ermənistanla sülh Azərbaycanın rəsmi qəbul olunmuş sərhədlərinə hörmət şərtilə mümkündür" "Azərbaycanla Ermənistan arasında sülh hər iki iki dövlətin rəsmi qəbul olunmuş sərhədlərinə hörmət edilməsi şərtilə mümkündür".
Xarici siyasət
27 Sentyabr , 2021 19:30
Səməd Seyidov: Ermənistanla sülh Azərbaycanın rəsmi qəbul olunmuş sərhədlərinə hörmət şərtilə mümkündür
Səməd Seyidov

"Azərbaycanla Ermənistan arasında sülh hər iki dövlətin rəsmi qəbul olunmuş sərhədlərinə hörmət edilməsi şərtilə mümkündür".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyasında çıxışı zamanı bildirib.

"Ermənistanda keçirilən seçkilərin nəticələri təkcə Ermənistan üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də əhəmiyyətlidir. Çünki bu seçkilərin nəticələrinin qonşu ölkələrə də təsiri olur. Bu gün İkinci Qarabağ müharibəsindən bir il ötür. Bir il öncə Azərbaycan öz torpaqlarını azad edib. Ermənistan xalqı müharibəni uduzmuş şəxsi yenidən hakimiyyətə gətirib. Bu o deməkdir ki, xalq sülh istəyir. Erməni xalqı müharibəni uduzmuş, çoxlu sayda insanın ölümünə aparan müharibəyə girmiş həmin şəxsə ikinci şansı verib. Təəssüflər olsun ki, Ermənistan rəsmiləri arasında əvəz çıxmaq kimi fikirlər səsləndirənlər var. Mən həmin deputat həmkarlarımı belə fikirlərdən uzaq durmağa çağırıram. Onlara bir daha xatırlatmaq istəyirəm ki, sülhə gedən yol hər iki dövlətin rəsmi qəbul olunmuş sərhədlərinə hörmət edilməsi yolu ilə mümkündür".

Son xəbərlər

Orphus sistemi