Milli Məclisin komitə sədri ABŞ Prezidentinə çağırış edib: "Aktı imzalama"

Milli Məclisin komitə sədri ABŞ Prezidentinə çağırış edib: "Aktı imzalama" “Bizə qarşı sanki iki cəbhədə müharibə aparılır”.
Xarici siyasət
21 Noyabr , 2023 12:04
Milli Məclisin komitə sədri ABŞ Prezidentinə çağırış edib: Aktı imzalama
Səməd Seyidov

“Bizə qarşı sanki iki cəbhədə müharibə aparılır”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, cəbhələrdən biri birbaşa separatçılıq və cinayətlə məşğul olub ki, Azərbaycan onlara qalib gəlib.

“İkinci cəbhə isə bizim gələcəyə baxışımızı hədəf alıb. 907-ci düzəliş Azərbaycana qarşı qəbul edilmiş ən haqqsız sənəddir. ABŞ 2002-ci ildən özü bu düzəlişi tətbiq etmirdi. Lakin görünür ABŞ üçün qırmızı xətt Azərbaycanın öz müstəqilliyini tam təmin etməsi idi. Ermənistanın müdafiəsi Azərbaycana sanksiyalardan keçirmiş. 907-ci düzəlişi yenidən tətbiq etmək birbaşa ikili standarların nümunəsidir”, - S. Seyidov deyib.

O vurğulayıb ki, Prezident Bayden 907-ci düzəlişi dayandırmağı qadağan edən “S.3000” aktını imzalasa, bu qərar birbaşa ABŞ-Azərbaycan münasibətlərini korlayacaq. Lakin unutmaq olmaz ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. ABŞ bu addımla özünü regiondan kənarda qoyacaq. Azərbaycanın enerji sahəsindəki gördüyü işlər məlumdur və bu dəfə əsas zərbə isə məhz elə ABŞ-nin özünə dəyəcək”, - o deyib.

Son xəbərlər

Orphus sistemi