Səməd Seyidov: “Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var"

Səməd Seyidov: “Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var" Strasburq. 21 yanvar. REPORT.AZ/ “Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycana hücumlar edənlər, Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var.
Xarici siyasət
21 Yanvar , 2019 21:41
Səməd Seyidov: “Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var
Səməd Seyidov

Strasburq. 21 yanvar. REPORT.AZ/ “Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycana hücumlar edənlər, Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var".

“Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Strasburqda keçirilən qış sessiyası zamanı deyib.

“20 yanvar tarixində Mehman Hüseynov Azərbaycan Prezidentinə onun işinin obyektiv və ədalətli şəkildə həll edilməsi üçün müraciət edib. İnsan hüquqları müdafiəçiləri Mehman Hüseynova baş çəkiblər. 21 yanvar tarixində Azərbaycan Prezidenti Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib", - deyə S.Seyidov bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu məsələdə Azərbaycan tərəfi ilə əlaqəyə girərək məsələ ilə yaxından maraqlanan həmkarlarına, o cümlədən qurumun digər işçilərinə öz təşəkkürünü bildirib və bu cür ali qurum daxilində belə həssas məsələlərə emosiyalarla yox, ağılla yanaşılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi