​Səlim Müslümov Tacikistanın baş naziri ilə görüşüb

​Səlim Müslümov Tacikistanın baş naziri ilə görüşüb Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub
Xarici siyasət
22 İyun , 2016 08:20
​Səlim Müslümov Tacikistanın baş naziri ilə görüşüb

Bakı. 22 iyun. REPORT.AZ/ Ötən gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tacikistana səfəri zamanı ölkənin baş naziri Koxir Rasulzoda tərəfindən qəbul edilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı baş nazir Tacikistan-Azərbaycan münasibətlərində dinamik inkişafını qeyd edərək, görülən işlərə dair məmnunluğunu bildirib və qeyd edib ki, əlaqələrin daha dərinləşməsi üçün böyük imkanlar var.

Sonra baş nazir ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçiriləcək layihələrə də toxunub. O, ölkəsində milli birliyin, sabitliyin və əminəmanlığın təminatçısı Emomali Rəhmonun xidmətləri haqqında danışıb.

Baş nazir K.Rasulzoda qeyd edib ki, Azərbaycanın Qafqazda lider dövlət olması və dinamik hərtərəfli inkişafı bizi sevindirir. Biz çox sahələrdə Azərbaycanın təcrübəsindən bəhrələnməyə hazırıq.

Nazir S.Müslümov əlavə edib ki, "iki ölkə başçısı arasında olan səmimi dostluq ikitərəfli münasibətlərin inkişaf etdirilməsində önəmli amildir. Bir çox sahələrdə inkişaf bizi çox sevindirir, əhalinin əmək və sosial təminatı sahəsində əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq". Sonra nazir Azərbaycanda həyata keçirilən layihələr, iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli sahəsində və Azərbaycanda görülən işlər barədə məlumat verib.

Görüşdə Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri xanım Samanqul Taqoyzoda və Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi