Müşavir-elçi: "Qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq"

Müşavir-elçi: "Qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq" Qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldırmağa yardım edəcək.
Xarici siyasət
12 Mart , 2019 11:32
Müşavir-elçi: Qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq

"Qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldırmağa yardım edəcək".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Sergey Stepanov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı bildirib.

"Son vaxtlarda prezidentlərimiz arasında baş tutan altı görüşlə münasibətlərimiz ən yüksək səviyyəyə çatıb", - S.Stepanov deyib. 

Onun sözlərinə görə, qarşılıqlı investisiyalar Rusiya ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirməyə kömək edəcək.

Müşavir-elçi ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün gələcək addımların atılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi