Səfirlik: Bu gün bir millət, iki dövlət üçün çox mühüm tarixdir
- 13 yanvar, 2022
- 23:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir. Biz dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik.
Azərbaycan və Türkiyə birlikdə neçə xoşbəxt illərə!”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin tviterdəki hesabında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşımında yer alıb.
Qeyd edək ki, Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.
Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.
Bugün #TekMilletİkiDevlet için çok önemli bir tarih. Devletlerimiz arasında diplomatik ilişkilerin kuruluşunun 30.Yıldönümünü gurur ve coşkuyla kutluyoruz.
— AzEmbassyTurkey (@AzEmbassyTurkey) January 13, 2022
Birlikte nice mutlu senelere #Azerbaycan ve #Türkiye!
pic.twitter.com/jw3TPCGuE5