Səfirlik Azərbaycanda Rusiya vətəndaşının həbsi məsələsini aydınlaşdırır

Səfirlik Azərbaycanda Rusiya vətəndaşının həbsi məsələsini aydınlaşdırır "Səfirlik məhbusla ən qısa zamanda görüşməyə icazə alınması üçün Azərbaycan tərəfi ilə işləri davam etdirir"
Xarici siyasət
27 İyul , 2016 13:41
Səfirlik Azərbaycanda Rusiya vətəndaşının həbsi məsələsini aydınlaşdırır

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun həbs haqqında sosial şəbəkələrdə yayılmış məlumata aydınlıq gətirib.

"Report"un məlumatına görə, səfirliyin mətbuat xidmətinin bəyanatında deyilir ki, iyunun 23-də səfirliyə Azərbaycan Xarici İşlər Nazirliyindən nota gəlib və orada iyunun 9-da Rusiya vətəndaşı M.V.Ueldanovun Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və ya saxlanılması) əsasında cinayət törətməkdə şübhəli bilinərək Azərbaycan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı, istintaq təcridxanasına salındığı göstərilib.

"Bundan bir neçə gün sonra vətəndaş M.V.Mirzoyan səfirliyə müraciət edərək saxlanılan şəxsin qardaşı olduğunu, onun əsl soyadının Qalustyan olduğunu bildirib. Həmin xanım qardaşı olduğu iddia etdiyi şəxsin qanunsuz narkotik alverinə görə yox, casusluqda şübhəli bilinərək saxlandığını iddia edib.

Səfirlik dərhal işgüzar qaydada Azərbaycanın səlahiyyətli orqanlara müvafiq izahın və konsulluq şöbəsinin əməkdaşlarına Rusiya vətəndaşı ilə görüşmək icazəsinin verilməsi xahişi ilə müraciət edib.

İyulun 5-də bu məsələlərin əks olunduğu nota Azərbaycan Xarici İşlər Nazirliyinə göndərilib.

Səfirlik ən qısa zamanda məsələyə aydınlıq gəlməsi və məhbusla görüşməyə icazə alınması üçün Azərbaycan tərəfi ilə işləri davam etdirir", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi